Slimfit
  1. DÜNYA

"Disneyland"ın ilk müştərisi 64 ildir pulsuz əylənir

"Disneyland"ın ilk müştərisi 64 ildir pulsuz əylənir
Sakura

"Disneyland"ın ilk müştərisi 64 ildir pulsuz əylənir

86 yaşlı MakFerson hələ də hər il parka gedir

"Disneyland" dünyanın ən məşhur və əyləncəli istirahət mərkəzidir. Dünyanın dörd bir yanından uşaq, böyük - milyonlarla ziyarətçisi olan bu parkın 64 illik sadiq bir müştərisi var.

ABŞ-ın uşaq əyləncə parkı "Disneyland" ziyarətçilərə qapılarını ilk dəfə 1955-ci ildə açıb. 1 dollarlıq bilet alan tələbə Deyv MakFerson(Dave MacPherson) yerli vaxtla gecə 02:00-da növbəyə durub və ilk müştəri olub. Bununla da MakFerson həyatı boyunca parkda pulsuz əylənmə haqqını qazanıb.

Aradan keçən 64 il MakFersonun əyləncə sevgisini azaltmayıb. 86 yaşlı MakPherson hələ də hər il parka gedir.

Bu gün "Disneyland" biletləri 100-125 dollar arasında deyişir. Biletlərin qiymətinə baxdıqda MakFersonun bu illər ərzində nə qədər xeyir qazandığını görə bilirik.

 

“Disneyland”ın açıldığı ilk gün o bileti almağı qarşısına məqsəd qoyan şanslı adam parka gedə bilmək üçün kilometrlərlə yol qət etmiş, ancaq bu cəhdi sayəsində “Walt Disney”in ailə üzvləri və o zamanın məşhur ulduzlarından sonra girən ilk insan olma qüruruna da nail olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR