Diş fırçalarını qaranlıq yerdə saxlamaq təhlükəlidir
Avstraliyalı təmizlik mütəxəssisi Melisa Penfold evlərin daha təmiz olması üçün tövsiyyələrini paylaşıb.
Metbuat.az kiçik dəyişikliklərlə evdəki bakteriyaların çoxalmasını azaldacaq məsləhətləri təqdim edir:
Diş fırçlarını bakteriyalar bulaşmasın deyə şkafa qoymaq böyük xətadır. Bunun səbəbi isə bakteriyaların qaranlıqda daha çox artmasıdır. Buna görədə diş fırçasını çöldə saxlamaq daha gigiyenikdir, amma tualet qapağını bağladığınızdan əmin olun.
Günəş varkən pencərələrinizi yumayın
Suyun daha tez quruması səbəbilə şüşədə izlər qalacaq.
Televiziya pultunu həftədə bir dəfə silin
Beləliklə zərərli bakteriyaların çoxalması azalacaq.
Kəsmə taxtanızı qab şampunu ilə yumayın
Qab şampunu taxtanın səthini təmizləsə də dərinlərdə hələ də kir və bakteriya qalır. Xüsusilə ət doğradıqdan sonra taxtanın üzərində qalan zərərli bakteriyalar sizi xəstə edə bilər. Hər istifadədən sonra bakteriya artışı riskini ortadan qaldırmaq üçün kəsmə taxtasını sterilləşdirilmiş hala gətirin. Bunun üçün bir qaba isti su doldurub, içinə bir miqdar xlor əlavə edin. Bir qədər gözlətdikdən sonra istifadə edin.
Parça alış-veriş torbalarını yuyun
Bu şəkildə ətrafda toz və bakteriya çoxalmayacaq
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət