Diş ağrısını kəsməyin ən sadə üsulları
Uşaqdan böyüyə hər birimizin ən qorxulu yuxularından biri də diş ağrısıdır. Həkimə getmək qədər evdə ağrıya dözmək də əzab verir.
Publika.az evdə diş ağrılarından qurtulmağın üsullarını təqdim edir.
Sarımsaqla müalicə
Sarımsağın bir dişini qabığından təmizləyin. Sonra onu duzun içərisinə qoyun. 5 dəqiqə qalandan sonra ağrıyan dişinizin üzərində saxlayın. Bu proseduru gün ərzində bir bir neçə dəfə təkrarlayın. Diş ağrınız keçəcək.
Duzlu su
İlıq suya bir qaşıq duz lavə edin. Duzlu suyu 5 dəqiqə ağzınızda saxlayın. Bu vasitə də diş ağrısını azaldır.
Buz
Bir parça buzu dişiniz ağrıyan yanağınıza toxundurun. Amma damağınız irinlidirsə, bu üsulun sizə yalnız zərəri olacaq.
Donuz piyi
Diş ağrısının növbti düşməni saladır (donuz piyi). Ağrıyan dişin damağı ilə yanağınız arasına tampon kimi sala qoyun. Ən azı 15 dəqiqədən sonra sala diş ağrınızı çəkəcək. Sonda piyi ağzınızdan çıxardın. Fərqi hiss edəcəksiniz.
Leyla Sarabi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət