Dərc edildi: Baxış sayı: 1003
Onixofagiyanın səbəbləri
Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir.
Bir çoxları bu vərdişin yalnız estetik və əsəb problemi olduğunu düşünüb, tərgitməyə tələsmir.
Medicina.az dırnaqları dişlərlə qoparıb soymağın orqanizmə zərərli təsirlərini araşdırıb.
Səbəbləri
Dırnaq yemək düşünülmədən, reflektiv hərəkət olub, daha çox gərgin vaxtlarda, beyinlə hərəkətlər arasında fikir bağlılığı itən anda, stress vaxtı baş verir. Çox zaman insan bütün dırnaqlarını yeyib bitirəndən sonra nə etdiyinin fərqinə varır.
Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdən çıxış yolu axtarır, sanki neqativ hissləri " yeyir”.
Zamanla bu hərəkət "əsəb tikləri” kimi xarakter alır, nəzarət olunmur.
Sağlamlığa təsiri:
-İlk növbədə dırnaqların strukturuna təsir edib, onları əyir, barmaqlara kobudluq verir.
-Dırnaqların içi bakteriyaların artması üçün əlverişli yerdir. Çünki barmaqlar çirkli səthlərə çox toxunur.
Dırnaq dibində olan salmonella, bağırsaq çöpü, bir çox qurd yumurtaları ağız vasitəsilə həzm traktına keçir.
-Dırnaqları gəmirən dişlər, xüsusən ön dişlər emalı korlayır, dişlərin həssaslığını pozur, dişləmi dəyişir, çeynəmədə problemlər yaradır.
- Psixoloji baxımdan dırnağını yeyənlərdə səbəbsiz təşviş, utanc, özünə qarşı dəyərsizlik, kədər xas olur.
-Onixofagiya çənə və boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.
-Bu adamların dırnaqlarında paronixiya adlı infeksiya, irinləmə, qızartı, şişkinlik da çox olur.
-Bu adamlarda göbələk yoluxması həmişə normadan artıq olur
Bir qrup həkimlər isə bildirir ki, dırnaq yeyənlərdə immunitet daha möhkəm olur, çünki orqanizmə daim bakteriya, göbələk düşür və immunitetdə onlara qarşı antitel yaranır.
Xilas olmaq yolları:
Çox qadınlar bunu estetik baxımdan həll etməyə çalışır: xüsusi dırnaq boyaları, şellak, acı dadlı gellər və s.
Dırnaq yeməyi tərgitmək siqaret və alkoqol kimi çətindir, bunun üçün məqsəd və stimul olmalıdır.
Bu vərdişdən yaxa qurtarmaq üçün nevroloq, psixiatr və psixoloq dəstəyindən istifadə edə bilərsiz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət