Slimfit
  1. AZƏRBAYCAN

Diri heyvan satışı bazarları dezinfeksiya olunur

Diri heyvan satışı bazarları dezinfeksiya olunur
Sakura

Diri heyvan satışı bazarları dezinfeksiya olunur

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən Füzuli, Zaqatala, Biləsuvar, Masallı, Şəmkir və Ağsu rayonlarında diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, heyvanların toplandığı və satıldığı yerlərdə dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin aparılması mühüm əhəmiyyətə malikdir. Çünki həmin yerlərə heyvanlar müxtəlif təsərrüfatlardan, rayonlardan toplanır və satışı aparılır. Kənd təsərrüfatı heyvanları və quşları arasında bir çox infeksion xəstəliklərin baş verməsində və yayılmasında heyvan bazarları mühüm rol oynayır. Xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan heyvanların bazarlara toplanması, satılması, yaxud xəstə heyvanlardan alınan heyvan məhsullarının zərərsizləşdirilməmiş halda bazarda satılması bir çox qorxulu xəstəliklərin baş verməsi və yayılmasında əsas amillərdən biridir.

Ona görə də şəhər, qəsəbə, rayon miqyasında olan heyvan toplanan bütün yerlərdə, xüsusilə heyvan bazarlarında baytarlıq-sanitariya tədbirlərinin sistematik sürətdə həyata keçirilməsinə fikir verilməlidir. Heyvan toplanan yerlər ciddi mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya edilməlidir.

Bu səbəbdən rayonlarda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılması vacibdir. Görülən tədbirlər müqavilə əsasında həyata keçirilir və satışa çıxarılan heyvanların sağlamlığının qorunmasına xidmət edir.

Adıçəkilən rayonlarda dezinfeksiya aparılan zaman yerin mexaniki təmizliyinə fikir verilib. Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.

Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bundan sonra da diri heyvanların satışı aparılan bazarlarda, heyvan saxlanılan və bəslənilən təsərrüfatlarda tədbirlər ardıcıl şəkildə həyata keçiriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR