Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Direktorlar gələn ildən həftə ərzində bu qədər dərs deyə bilərlər

Direktorlar gələn ildən həftə ərzində   bu qədər dərs deyə bilərlər
Sakura

“Növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər”

“Növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər”

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil TV-nin  “Həftənin sualı” verlişində Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad  Camalzadə səsləndirib. Onun sözlərinə görə, gələn tədris ilindən etibarən direktorlar dərs deyə biləcəklər:

“Növbəti  tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər. Zərurət yarandığı hallarda dərs  saatlarının sayı artırıla bilər. Lakin 0,5 ştat vəzifə maaşı alanlara 18 saata qədər dərs verilə bilər”

Murad  Camalzadə direktorların işə qəbul imtahanlarının tarixi barədə sualları cavablandırarkən qeyd edib ki, müsabiqənin dəqiq tarixini öncədən söyləmək mümkün deyil.

Qeyd edək ki direktorlar və onların müavinləri, həmçinin təhsil şöbələrinin işçilərinin orta məktəbdə dərs deməkdən azad olunacaqları barədə məlumatlar gündəm mövzusuna çevrilən məsələlərdən biridir.

Mənbə: Azedu.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR