Slimfit
  1. AZƏRBAYCAN

Direktor: 'Yeni 'Azərbaycan dilinin orfoqrafiya lüğəti' mayın sonuna qədər hazır olacaq”

Direktor: 'Yeni 'Azərbaycan dilinin orfoqrafiya lüğəti' mayın sonuna qədər hazır olacaq”
Sakura

Direktor: 'Yeni 'Azərbaycan dilinin orfoqrafiya lüğəti' mayın sonuna qədər hazır olacaq”

Lüğətə 4000 yeni söz əlavə olunub

"Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olunacaq”.

Bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə Nazirlər Kabineti tərəfindən baxılıb: “Yeni lüğətə Ədliyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müsbət rəy verilib. Daha sonra baxılması üçün Prezident Administrasiyasına (PA) göndərilib. PA-dan isə lüğəti təkrar olaraq bizə göndərdilər ki, bəzi əlavə və dəyişiklər edək. Biz bundan sonra yenidən lüğəti PA-ya təqdim etdik. Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olunacaq və nəşrə göndəriləcək”.

Akademik qeyd edib ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 113 min sözü əhatə edir: “Köhnə lüğətdən 1000-dən çox qondarma söz çıxarılaraq yeni lüğətə salınmayıb, çünki elə sözlər var idi ki, eyni mənanı daşıyırdı. Misal üçün: nəqqaş və naqqaş. Eyni zamanda daha 4000 yeni söz lüğətə əlavə olunub. Yeni əlavə olunan sözlər müasir informasiya texnologiyası və qloballaşma ilə bağlı olan sözlərdir. Məsələn, 2013-cü ildə nəşr olunan lüğətdə multikulturalizm, tolerantlıq və s. sözlər yox idi”.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təqribən 5 ildən bir hazırlanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR