Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Diqqət: tərinizdən pis qoxu gəlirsə…

Diqqət: tərinizdən pis qoxu gəlirsə…
Sakura

Diqqət: tərinizdən pis qoxu gəlirsə…

Əgər ətrafınızda olan insanlar sizdən uzaq durur və siz özünüz də tərinizdən pis qoxu gəldiyini hiss edirsinizsə, o zaman sizin ciddi sağlamlıq probleminiz ola bilər.

Son zamanlarda qida rasionunuzda ciddi şəkildə dəyişiklik yoxdursa, bütün gigiyena qaydalarına əməl edirsiniz, tər əleyhinə vasitələrdən istifadə edirsiniz, buna baxmayaraq yenə də tərinizdən pis iy gəlirsə, o zaman bu hansısa ciddi problemdən xəbər verə bilər.

Pis tər qoxusu ilə mübarizəyə başlamazdan əvvəl təcili olaraq həkimə müraciət etmək lazımdır. Əgər qoxu qəflətən peyda olubsa, onda bunu isti hava ilə əlaqələndirmək düzgün deyil. Çünki bu əlamətin qəfil meydana gəlməsi pozulan maddələr mübadiləsindən, qaraciyər və böyrəklərin funksiyasının pozulması səbəbindən yarana bilər.

İlk növbədə həkim müayinəsindən sonra sizdə hiperhidroz (tərləmənin artması) və bromhidroz (idarə edilə bilinməyən pis qoxulu anormal tər ifrazı kimi problemləri aşkara çıxaracaq. Bromhidroz zamanı tər qəflətən çox kəskin qoxu verməyə başlayır (medicina). Elə bir təəssürat yaranır ki, insan idman zalında tərləməyinə baxmayaraq həftələrdir yuyunmur. Həmçinin həkim müayinəsi nəticəsində xəstədə diabet, sidik yollarının infeksiyası, mədə problemləri də aşkar edilə bilər.

Həmçinin qaraciyər, böyrək, qalxanabənzər vəz xəstəlikləri və menopauza zamanı da tərin iyinin dəyişməsi müşahidə edilə bilər.

İnsan bədənində tər vəziləri ekkrin və epoekrin olmaqla iki qrupa ayrılır. Ekkrin vəzilər bütün bədən boyunca dərinin demək olar ki, bütün səthində yayılıb. Onlar qoxusuz və az miqdarda tər ifraz edirlər ki, bunun sayəsində orqanizm soyuyur. Apoekrin vəzilər isə əsasən tük folikullarının diblərində, yəni baş dərisində, qoltuqda, qasıqda yerləşərək yağlı, ölü hüceyrələrlə və bakteriyalarla zəngin tər ifraz edir. Məhz bu bakteriyaların aktivliyi də tərdən pis iy gəlməsini təmin edir. Hormonların səviyyəsinin dəyişməsi, stress, kofeinin artıq miqdarı və bir çox digər amillər də aproektin vəzilərin tər ifrazını intensivləşdirir.

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR