Slimfit
  1. CƏMİYYƏT

Diplomatik xidmət orqanı əməkdaşlarının intizam məsuliyyəti qaydaları müəyyənləşir

Diplomatik xidmət orqanı əməkdaşlarının intizam məsuliyyəti qaydaları müəyyənləşir
Sakura

Diplomatik xidmət orqanı əməkdaşlarının intizam məsuliyyəti qaydaları müəyyənləşir

Diplomatik xidmət orqanı əməkdaşlarının intizam məsuliyyəti qaydaları müəyyənləşir.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşları qanundan irəli gələn vəzifələri layiqincə yerinə yetirmədikdə və məhdudiyyətlərə riayət etmədikdə, habelə korrupsiya hüquqpozmaları törətdikdə (həmin əməllər inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onların barəsində müvafiq intizam tənbehi tədbiri tətbiq edilə bilər.

Yeni qanun layihəsində diplomatik xidmət orqanı əməkdaşlarının intizam məsuliyyəti kimi töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, bir pillə aşağı diplomatik vəzifəyə keçirmə, diplomatik rütbəni bir pillə aşağı salma, diplomatik xidmət orqanlarından xaric etmə, diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric etmə tədbirləri nəzərdə tutulub.

Layihədə qeyd olunub ki, müəyyən olunmuş intizam tənbehi tədbirlərindən hər hansı biri tətbiq olunmadan, diplomatik xidmət orqanı əməkdaşına şifahi və ya yazılı xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi tədbiri sayılmır.

 

İntizam tənbehi tədbirləri verildiyi gündən altı ay müddətində qüvvədə olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR