Slimfit
  1. MEDİA

“Dinin şəxsi ambisiyalar naminə istifadə edilməsi acı hadisələrə gətirib çıxarır” - Prezident Administrasiyası

“Dinin şəxsi ambisiyalar naminə istifadə edilməsi acı hadisələrə gətirib çıxarır” - Prezident Administrasiyası
Sakura

“Dinin şəxsi ambisiyalar naminə istifadə edilməsi acı hadisələrə gətirib çıxarır” - Prezident Administrasiyası

Dinin siyasiləşdirilməsi və onun radikal qruplaşmalar tərəfindən məkrli məqsədlər üçün istifadə edilməsi hər hansı regionun lokal problemi deyil, bütün bəşəriyyəti narahat edən qlobal məsələdir.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov deyib.

Onun sözlərinə görə, bu qlobal problemin həllinə nüfuzlu din xadimləri böyük töhfə verə bilərlər.

E.Nəcəfov qeyd edib ki, din dünya mədəniyyətinin inkişafına, xalqların dünyagörüşü və əxlaqi normalarının formalaşmasına, ümumbəşəri dəyərlərin, universal etik prinsiplərin təşəkkülünə mühüm təsir göstərib:

“Lakin o da bir həqiqətdir ki, əsrlər boyu dini öz siyasi məqsədləri, şəxsi ambisiyaları naminə istifadə etməyə çalışan qüvvələr olub. Bu isə tarixdə acı hadisələrin yaşanmasına gətirib çıxarıb, nəticədə dinlərarası və məzhəblərarası müharibələr baş verib, dini şüarlar altında günahsız insanların qanı tökülüb. Əfsuslar olsun ki, bu gün də biz dünyanın qaynar nöqtələrində, xüsusən Yaxın Şərqdə dini radikalizm və ekstremizmin geniş vüsət aldığını, din pərdəsi altında gizlənən terrorçu qruplaşmaların kütləvi qətliamlar törətdiyini görürük. Əlbəttə, bütün bu cinayətlər dini təlimlərdən qaynaqlanmır”.

E.Nəcəfov əlavə edib ki, bunlara səbəb dinin siyasi oyunların alətinə çevrilməsi, dini təlimlərin məqsədyönlü şəkildə təhrif olunmasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR