Slimfit
  1. MƏDƏNİYYƏT

Dinara Əliyevanın iştirakı ilə Böyük Teatrda “Bohema” operası oynanılacaq

Dinara Əliyevanın iştirakı ilə Böyük Teatrda “Bohema” operası oynanılacaq
Sakura

Dinara Əliyevanın iştirakı ilə Böyük Teatrda “Bohema” operası oynanılacaq

Martın 28-dən 31-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Puççininin "Bohema" operası nümayiş etdiriləcək. SİA teatrın saytına istinadla xəbər verir ki, martın 28-də və 30-da səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva səsləndirəcək.

Xatırladaq ki, həmvətənimiz "Bohema" operasında Myuzetta obrazını da məharətlə yaradıb. 2009-cu ildən Böyük Teatrın solisti olan Dinara Əliyeva İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi" adlı solo konsertləri böyük uğurla keçib. Moskvada Dinara Əliyevanın iki dəfə "Opera Art" Beynəlxalq Musiqi Festivalı təşkil olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR