Slimfit
  1. CƏMİYYƏT

DİN vakansiya elan edib

DİN vakansiya elan edib
Sakura

DİN vakansiya elan edib

Ens.Az xəbər verir ki,Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) operator vəzifələri üzrə müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Qeyd edilib ki, müsabiqədə yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində daimi qeydiyyatda olan və yaşayan Azərbaycanın qadın cinsli vətəndaşları iştirak edə bilərlər.

“Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək, analitik düşünmə və araşdırma, düzgün qərar vermək və problem həll etmək qabiliyyətlərinə malik, komandada işləmək bacarıqları və qrammatik bilikləri yüksək səviyyədə olan, məsuliyyətli, diqqətli və inkişafa meyilli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcəkdir.

Müsabiqə qaliblərinə Azərbaycan DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə 500-800 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

İştirak etmək istəyən şəxslər 2023-cü ilin iyul ayının 17-dən avqust ayının 17-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər”, - məlumatda qeyd edilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR