DİN şok görüntü yaydı: qadın bölmədə...
Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə yayılan məlumata cavab olaraq DİN bu gün videogörüntü paylaşıb.
Axar.az xəbər verir ki, görüntüdə Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun saxlanılmasına etiraz olaraq polis bölməsinə gəlişi, polislərə fiziki təzyiq göstərməsi, qapı şüşəsini qırması əksini tapıb.
Qeyd edək ki, ötən gün bununla bağlı yayılan məlumatlara Bakı şəhər Baş Polis İdarəsindən reaksiya verilmişdi. Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev qeyd etmişdi ki, Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddialları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır:
“İyulun 6-da A.Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib.
Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək, oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb.
Faktla bağlı toplanmış matriallar Xətai rayon Prokurorluğuna göndərilib.
Oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət