DİN nümayəndəsi: "Uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün məktəblərdə maarifləndirmə…
"Uşaqların internet təhlükəsizliyinin təmin olunması sahəsində məktəblərdə maarifləndirmə tədbirlərinin artırılması vacibdir".
"Report" xəbər verir ki, bunu "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının təqdimat mərasimində Daxili İşlər Nazirliyinin (DİN) baş idarəsinin şöbə rəisi Adıgözəlov Adıgözəlov deyib.
O bildirib ki, daxili işlər orqanlarında davamlı olaraq internet təhlükəsizliyi, o cümlədən kibercinayətkarlıqla mübarizənin effektinin və səmərəliliyinin artırılması məqsədilə işlər davam etdirilir: "Bu kateqoriyadan olan cinayətlərin açılması, onların qarşısının alınması üçün Daxili İşlər Nazirliyinin strukturunda idarə və onunla mübarizə üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilən şöbə yaradılıb və fəaliyyət göstərir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət