Slimfit
  1. AZƏRBAYCAN

DİN: Mingəçevir sakininin polis tərəfindən döyülməsi barədə məlumatların əsası yoxdur

DİN: Mingəçevir sakininin polis tərəfindən döyülməsi barədə məlumatların əsası yoxdur
Sakura

DİN: Mingəçevir sakininin polis tərəfindən döyülməsi barədə məlumatların əsası yoxdur

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhər sakinin polis tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report"a bildirib ki, Mingəçevir şəhər sakini Firuzə Mehralıyevanın oğlu Əbdüləzim Quliyevin polis tərəfindən əsassız olaraq tutulması və guya döyülməsi barədə sosial şəbəkələrdə səsləndirdiyi iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur:

"Əslində anasının iddialarının əksinə olaraq qabaqcadan əldə olunmuş əməliyyat məlumatı əsasında Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari il martın 31-də günorta saatlarında keçirilmiş tədbir nəticəsində 24 yaşlı Ə.Quliyev narkotik vasitə olan qurudulmuş marixuananı əvvəllər tanıdığı M.Mustafayevə satdığına görə saxlanılıb. Hər iki şəxs Şəhər Polis Şöbəsinə gətirildikdən sonra hal şahidlərinin iştirakı ilə onların üzərlərinə baxış keçirilmiş, nəticədə pul və narkotik vasitə maddi sübut kimi götürülmüş, Ə.Quliyev və M.Mustafayev törətdikləri əməlləri etiraf ediblər. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə cinayət işi başlanılıb. Əbdüləzim Quliyev həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra iş üzrə istintaq hərəkətləri aparılmış, cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. Hazırda məhkəmədə cinayət işinə baxılır".

"Qeyd olunmalıdır ki, eyni mövzu barəsində ana və oğlunun ən müxtəlif instansiyalara ünvanladıqları şikayətlərə həm prokurorluqda, həm də DİN-in aidiyyatı xidməti tərəfindən baxılıb, Ə.Quliyevin guya əsassız saxlanılması və digər bu kimi iddialar adları çəkilən qurumların müvafiq araqşdırmaları zamanı öz təsdiqini tapmayıb", - deyə O.Mansurzadə qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR