Slimfit
  1. AZƏRBAYCAN

DİN jurnalistin çəkiliş apararkən polis təzyiqinə məruz qalması iddialarına cavab verib

DİN jurnalistin çəkiliş apararkən polis təzyiqinə məruz qalması iddialarına cavab verib
Sakura

DİN jurnalistin çəkiliş apararkən polis təzyiqinə məruz qalması iddialarına cavab verib

 Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aytac Əhmədovanın Zabrat qəsəbəsində çəkiliş apararkən polis təzyiqinə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirilib.

Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, adıçəkilən xanımın polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır:

“Dünən saat 19 radələrində bir qrup şəxs Zabrat qəsəbəsində nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə yolu bağlamağa və ictimai asayişi pozmağa cəhd göstərən zaman sözügedən xanım həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alan polis əməkdaşlarının qanuni xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törədib. Jurnalist olduğunu iddia edən, lakin şəxsiyyətini və harada işlədiyini təsdiqləyən sənəd təqdim etməyən həmin xanım saxlanılaraq sonrakı araşdırmalar üçün Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılıb. Burada şəxsiyyəti müəyyənləşdikdən sonra bölmə rəisi tərəfindən onunla müvafiq profilaktiki söhbət aparılıb və sonra sərbəst buraxılıb. İstər saxlanılarkən, istərsə də bölmədə ona qarşı hər hansı təzyiq göstərilməsindən söhbət gedə bilməz. Bütün hallarda onunla mövcud qanunvericiliyin tələbləri çərçivəsində rəftar olunub. Buna rəğmən, Aytac Əhmədovanın guya zorakılığa məruz qalması barədə açıqlamaları ictimai rəyi çaşdırmağa və polisin işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş bir addım, “qara piar”dır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR