Slimfit
  1. CƏMİYYƏT

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB
Sakura

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB

“14 yaşlı qızın itkin düşməsi ilə bağlı yaxınları tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə edilən müraciət əsasında dərhal onun axtarışlarına başlanılıb və elə həmin gün yetkinlik yaşına çatmayan qız birlikdə getdiyi rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə şöbəyə gəliblər”.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

“Atasının da iştirakı ilə yeniyetmənin izahatı alınıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Yeniyetmə ifadəsində ailə qurmaq məqsədilə rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə getdiyini və ona qarşı hər hansısa bir zorakılıq edilmədiyini bildirib. Bundan başqa onların arasında əvvəldən sevgi münasibətlərinin olması və H.H-nın könüllü şəkildə S.Ələkbərovla getməsi digər sübutlarla da öz təsdiqini tapıb. Ekspertizanın rəyinə və aparılan araşdırmanın da nəticəsinə əsasən əməldə cinayət tərkibi qeydə alınmayıb.

Nimət Hacıyevin müraciətində göstərilən xüsusatlarla bağlı yenidən izahatının alınmasının zəruriliyi həmin şəxsə izah olunsa da, o və qızı bundan imtina ediblər. Hazırda qeyd olunan xüsusatlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir”, - deyə M.Məsimov bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR