DİN-də Heydər Əliyevə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
DİN-in Polis Akademiyasında “Ulu öndər Heydər Əliyevin dövlətçilik irsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsilin, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinin xüsusi yer tutduğunu deyib. Qeyd olunub ki, ulu öndər bu işə strateji sahə kimi baxıb, Vətənin, xalqın tərəqqisində rolunu yüksək qiymətləndirib. Bildirilib ki, ulu öndər DİO-nun fəaliyyətini diqqət mərkəzində saxlayaraq onun yüksək ixtisaslı kadrlarla təminatına, ali hüquq təhsili olan peşəkarların bu orqanlarda yer tutmasına diqqət və qayğı göstərib, Akademiyanın da bugünkü səviyyəyə çatmasında bu müdrik, uzaqgörən şəxsiyyətin əvəzsiz xidmətləri vardır.
Tədbirdə Dövlət İdarəçilik Akademiyası Hüquq kafedrasının müdiri F.Nağıyev, DTX-in Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ə.Şəfiyev, DİN Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi, general-mayor İ.Məmmədov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor B.Salayev, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Q.Novruzov və başqaları çıxış ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət