Slimfit
  1. AZƏRBAYCAN

DİM: Vəkil olmaq istəyən 171 nəfər ikinci mərhələyə keçib

DİM: Vəkil olmaq istəyən 171 nəfər ikinci mərhələyə keçib
Sakura

DİM: Vəkil olmaq istəyən 171 nəfər ikinci mərhələyə keçib

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 238 namizəd qeydiyyatdan keçib. 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR