Slimfit
  1. TƏHSİL VƏ KARYERA

DİM tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi halları açıqlayıb

DİM tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi halları açıqlayıb
Sakura

DİM tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi halları açıqlayıb

7. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən və qəbul imtahanının I mərhələsinin nəticəsi kimi buraxılış imtahanının nəticəsi əsas götürülən abituriyentlər aşağıdakı hallarda qəbul imtahanının I mərhələsi üzrə DİM tərəfindən elan olunacaq tarixdə əlavə olaraq bəzi fənn və yaxud fənlərdən imtahan verirlər. Bu zaman onlar hər əlavə imtahan üçün ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

- Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər.

- Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə uyğun olaraq ərizənin “Test imtahanı verəcəyi dil (Bölmə)” bölməsində Azərbaycan və ya rus dilini seçirlər.

-  Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni üzrə imtahan vermək istəyən məzunlar müsabiqədə iştirak etmək üçün həmin xarici dildən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər.

-  Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları istədikləri halda qəbul imtahanında xarici dil fənni üzrə imtahan verə bilərlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər. Qeyd olunan kateqoriyadan olan məzunlar xarici dil fənnindən imtahan vermək istəmədikləri halda "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində “Xarici dildən imtahan vermək istəmirəm” bəndini seçirlər. Bu zaman onların qəbul imtahanının birinci mərhələsindən toplaya biləcəkləri maksimal balları iki fənn (Azərbaycan və ya rus dili və riyaziyyat) üzrə toplanan balların cəmlənməsi əsasında müəyyənləşməklə 200 bal təşkil edir.

Qeyd: Müsabiqə şərtləri, balların hesablanma qaydası və s. haqda ətraflı məlumat “Abituriyent” jurna­lının 2020-ci il tarixli 2-ci nömrəsində təqdim olunacaqdır.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR