Slimfit
  1. CƏMİYYƏT

DİM sədrindən xəbərdarlıq: "Hər bir abituriyent yoxlanılacaq"

DİM sədrindən xəbərdarlıq: "Hər bir abituriyent yoxlanılacaq"
Sakura

DİM sədrindən xəbərdarlıq: "Hər bir abituriyent yoxlanılacaq"

Hər həftəsonu azı 4 növ imtahan keçiriləcək. Bu, olduqca mürəkkəb və çətindir.

Ens.az  Azvision.az -a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, prosesdə 15 minə yaxın nəzarətçi müəllim iştirak edəcək: “İmtahanda iştirak edən hər bir şəxsin qanun və qaydaya riayyət etməsi vacibdir. Abituriyentlər düşünməsinlər ki, maskada gəlirlərsə, telefon keçirə bilərlər. Bu, mümkün olmayacaq. Çünki hər bir abituriyent yoxlanılacaq. Abituriyentlər müxtəlif vaxtlarda dəvət olunacaq. 40 abituriyentdən sonra digərləri imtahana buraxılacaq. Biz istəməzdik ki, imtahan binalarının qarşısında insanlar toplaşsınlar. Onlara deyilən vaxtda gəlmək kifayətdir”.

DİM sədri qeyd edib ki, abituriyentlər bəyannamələri imzalayıb gətirməlidir: "Bu, olduqca vacib sənəddir. Orada qeyd edilir ki, həmin şəxsdə və ailəsində COVİD-19-a yoluxan yoxdur və son günlər yoluxmuş şəxslə əlaqədə olmayıb”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR