Slimfit
  1. CƏMİYYƏT

DİM sədri: “Yüksəliş” karyeranın qurulması yolunda unikal imkan deməkdir”

DİM sədri: “Yüksəliş” karyeranın qurulması yolunda unikal imkan deməkdir”
Sakura

DİM sədri: “Yüksəliş” karyeranın qurulması yolunda unikal imkan deməkdir”

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

Report” xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə liderlik bacarığı ilə seçilən dövlət qulluqçularına dəvət ünvanlayıb.

DİM sədri dəvətində bildirib ki, “Yüksəliş” müsabiqəsi Azərbaycanda idarəetmə sahəsində potensial rəhbərlərin seçilməsində bir ilkə imza atır: “Bu imkandan yararlanmaq, yüksəlmək indi hər kəsin öz əlindədir. Məhz hər kəsə deyirik, çünki “Yüksəliş” müsabiqəsi dövlət qulluğunda işləyənlərdən özəl müəssisələrdə çalışanlara qədər, hətta ali təhsil müəssisələrində elmi-tədqiqat işi aparanlardan hər hansı müəssisədə layihə rəhbəri olan şəxslərə, bir sözlə, hər kəsə yüksəlmək üçün şans verir”.

M.Abbaszadə qızlara, gənc qadınlara müraciət edərək onları “Yüksəliş”də iştirak etməyə çağırıb: “Eyni zamanda dövlət qulluğu üzrə imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat əldə etmiş vətəndaşlara da demək istəyirəm ki, bu müsabiqə həm də sizin üçündür. Dövlət qulluğu üzrə imtahanlarda qazandığınız təcrübə “Yüksəliş” müsabiqəsində sizə faydalı ola bilər. Bununla yanaşı, hazırda dövlət qulluğunda çalışan hər insan öz potensialları ilə qarşılarına daha böyük hədəf qoyub müsabiqəyə qoşula bilər. Bir sözlə, “Yüksəliş” daha geniş təbəqəni əhatə etməyi və onlar üçün ədalətli, şəffaf mübarizə mühiti yaratmağı qarşısına məqsəd qoyub. “Yüksəliş” karyeranın qurulması yolunda unikal imkan deməkdir. Bu imkanı buraxmayın, istifadə edin. Müsabiqənin hər mərhələsi karyeranızın inkişafı üçün yeni imkanlar yaradacaq. “Yüksəliş” ilkin seçim mərhələsindən uğurla keçən iştirakçılara peşəkarlarla görüş, finalda iştirak edənlərə şəxsi inkişaf planlarını əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq. Yüksəlmək istəyən hər kəs - bu müsabiqə sizin üçündür. “Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın”.  

 

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR