Slimfit
  1. CƏMİYYƏT

DİM sədri: "Şagirdlər imtahana gələrkən ailəsində koronavirus xəstəsinin olmaması ilə bağlı bəyannamə imzalayacaqlar"

DİM sədri: "Şagirdlər imtahana gələrkən ailəsində koronavirus xəstəsinin olmaması ilə bağlı bəyannamə imzalayacaqlar"
Sakura

DİM sədri: "Şagirdlər imtahana gələrkən ailəsində koronavirus xəstəsinin olmaması ilə bağlı bəyannamə…

"Hər imtahan binasının yanında həkimlər olacaq. Hər abituriyent imtahana gələrkən bəyənnamə imzalayıb gətirəcək. Onlar bu bəyannamələri imtahana daxil olanda əməkdaşlara verməlidirlər. Bəyənnamənin mətni açıqlanacaq. Burada qeyd olunur ki, şagird və valideynlər bəyan edir ki, hazırda ailəsində koronavirus xəstəsi yoxdur və axırıncı 15 gündə bu cür xəstələrlə təmasda olmayıblar".

Ens.az xəbər verir ki, APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, burada vətəndaş həmrəyliyini həm abituriyent, həm də valideyn göstərməlidir: "Buraxılış imtahanlarında bir ayda 200 mindən çox insan iştirak edəcək. 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər şəxs yaşadığı ərazidə imtahan verəcək. Bu, mürəkkəb prosesdir. Hansısa rayonda IX, hansısa rayonda həmin gün XI sinif imtahanı olacaq. Bəzilərində Azərbaycan dilindən dövlət dili imtahanı olacaq. Hər gün ən azı 4 növ imtahan və imtahan kitabçası abituriyentlərə təqdim olunacaq. Bu, logistika baxımından çox çətindir. Bu prosesdə bizimlə birgə 15 minə yaxın nəzarətçi müəllim iştirak edəcək. Zallarda 15 nəfərdən çox olmayan tərkib olacaq. Hər bir zala bir nəzarətçi ayrılacaq. Bu insanların hamısı ilə treninqlər keçirilib, bu prosesə hazırdırlar".

DİM sədri deyib ki, belə prosesi təşkil etmək çətin olsa da, DİM hər zaman hökumətin və siyasi rəhbərliyin dəstəyini görüb: "Hamı qanuna əməl etsə, prosesi həyata keçirə bilərik. Apardığımız imtahanlarla bağlı bütün məlumatlar bizim rəsmi saytda var. Hər bir abituriyentə lazım olan məlumat onun şəxsi kabinetinə yerləşdirilib. Onlara kömək üçün bu gündən mətkəblərdə rəhbər işçilər və informatika müəllimləri də işdədir, onlara kömək edə bilərlər. Eyni zamanda regional mərkəzlərimizə də müraciət edə bilərlər".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR