Slimfit
  1. CƏMİYYƏT

DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”

DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”
Sakura

DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”

“Bu il ali məktəblərə qəbulolma faizi ilkin nəticələrə əsasən 88 % təşkil edib”.

Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dolma göstəricisi ötən il də eyni olmuşdu: “Bu il qəbul planı üçün 47 765 vakant yer verilmişdi. Nəzərə alaq ki, plan yerlərinin sayı bu il 3000 yer artırılıb, imtahanda iştirak edən abituriyentlərin sayı isə təxminən 2000 nəfər azalıb. Keçən il 88 faizlik göstərici 39 947 nəfərə idisə, bu il 42 062 nəfərdir”.

M.Abbaszadə hesab edir ki, tədris ilinin sonunda ölkə səviyyəsində qəbul imtahanın yeni formada keçirilməsinin nəticələrini müzakirə etmək lazım olacaq: “Çünki, yeni kompetensiyalara malik şəxsləri seçib ali məktəblərə göndərmişik. Onların akademik nəticələrinin necə olmasını biz yox, qəbul olduqları ali təhsil müəssisələri izləyə biləcək”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR