Dərc edildi: Baxış sayı: 442
DİM sədri: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
“Hər bir abituriyent öz yaşadığı ərazi üzrə imtahan verəcək”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, proses bir qədər çətin olacaq:
“Çünki bir gün ərzində müxtəlif səpkili, ən azı 4 növ imtahan kitabçası gələcək tələbələrə təqdim olunacaq. Nəzərə almaq lazımdır ki, 15 minə yaxın nəzarətçi-müəllim bizimlə birgə çalışacaq. Hər zalda 15 nəfər abituriyent otura biləcək. Hər yüz nəfərə təxminən bir imtahan rəhbəri ayrılacaq. Artıq həmin heyət prosesə hazırdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət