Slimfit
  1. TƏHSİL VƏ KARYERA

DİM rəsmisindən imtahanların tarixləri ilə bağlı açıqlama

DİM rəsmisindən imtahanların tarixləri ilə bağlı açıqlama
Sakura

DİM rəsmisindən imtahanların tarixləri ilə bağlı açıqlama

“Buraxılış imtahanları keçirilən zaman bölgələrdəki epidemioloji vəziyyət nəzərə alınacaq və onun əsasında imtahanların keçirilmə ardıcıllığı müəyyən ediləcək”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova bildirib.

O qeyd edib ki, buraxılış imtahanlarının keçirilməsi zamanı koronavirus pandemiyası ilə bağlı vəziyyətin daha yaxşı olduğu bölgələrdən başlanacaq:

Buraxılış imtahanlarının iyundan keçirilməyə başlanılması planlaşdırılır. İmtahanların dəqiq tarixlərini indidən söyləmək mümkün deyil. Vaxtın təyin edilməsi Nazirlər Kabineti yanında operativ qərargahın məlumatlarından asılıdır.

Hazırda Gəncə və Lənkəranda koronavirusa yoluxma ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Buna görə də həmin bölgələrdə imtahanlar, yəqin ki, ən axırıncı mərhələdə keçiriləcək”.

N.Hüseynova əlavə edib ki, Bakı şəhəri də 11-ci sinif buraxılış imtahanının keçirilməsinə görə ərazilər üzrə bölünəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR