Slimfit
  1. TƏHSİL VƏ KARYERA

DİM-də xüsusi karantin rejimi müddətində vətəndaşların onlayn növbə ilə qəbuluna başlanılır

DİM-də xüsusi karantin rejimi müddətində vətəndaşların onlayn növbə ilə qəbuluna başlanılır
Sakura

DİM-də xüsusi karantin rejimi müddətində vətəndaşların onlayn növbə ilə qəbuluna başlanılır

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və digər bölgələrdə yerləşən regional bölmələrinin inzibati binalarında xüsusi karantin rejimi müddətində vətəndaşların onlayn növbə ilə qəbuluna başlanılır.

Ens.az xəbər verir ki,DİM-dən APA-ya verilən məlumata görə, vətəndaşların qəbulu 18 may 2020-ci il saat 09.30-dan etibarən DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur. "Müraciətinizlə bağlı, ilk növbədə, 1653 Çağrı mərkəzinə zəng etməyinizi və ya sosial şəbəkə (“Facebook”, “Instagram”) hesablarımıza yazmağınızı tövsiyə edirik", - deyə DİM-dən bildirilb.

Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, görüşün mövzusu, yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər. Təyin olunan görüşün vaxtını və yerini dəyişmək istəyənlər “Görüşdən imtina edirəm” bölməsinə müvafiq məlumatları daxil etməklə görüşdən imtina edib yeni görüş təyin edə bilərlər.

Vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 9:30-dan 17-dək həyata keçirilir. Onlayn növbəyə yazılmış şəxslər binaya yaxınlaşdıqda şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR