Slimfit
  1. MEDİA

Diaspor tarixində ilkə imza atıldı

Diaspor tarixində ilkə imza atıldı
Sakura

Diaspor tarixində ilkə imza atıldı

Diaspor tarixində ilkə imza atıldı

Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib. ünya Azərbaycanlılarının V qurultayının məhz "Şuşa ili"ndə qədim Zəfər qalamızda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Və hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuran hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşadı.

Dünyada yaşayan bütün Azərbaycanlıları birləşdirən ən önəmli dəyərlərdən biri Qarabağ məsələsi idi: “30 il ərzində davam edən əhəmiyyətsiz danışıqlar, müzakirələr nəticə vermədiyi üçün hər kəs Azərbaycan Ordusunun öz gücü ilə qazanacağı zəfəri gözləyirdi, hamının gözü Qarabağda gedən müharibədə idi, ön cəbhədə ola bilməyənlər də öz dəstəyini informasiya cəbəsində göstərirdi və xalqın birliyi ilə bu tarixi hadisə reallaşdı, Azərbaycan xalqının birliyi Qələbə ilə yekunlaşdı, şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü, Vətən sevgisi bütün cəmiyyəti bürümüşdü. . Bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər, dəmir parçaları və sair. Bölgənin coğrafiyası çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə xalqımız tarixi missiyanı yerinə yetirdi.

Azərbaycan Prezidentinin Qurultaydakı nitqində səsləndirdiyi tövsiyələrin qarşıdakı dövrdə diasporun fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlər olacaq. Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi reallıqları dəyişməklə yanaşı, diasporun qarşısında da fərqli vəzifələr müəyyən edib. Düşünürəm ki, azərbaycançılıq məfkurəsindən irəli gələn ideoloji hədəflər dəyişməz olaraq qalır. Dünya azərbaycanlılarının birliyi, ölkəmizin tarixi, müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği və digər ideoloji postulatlar bu gün də aktualdır. Lakin indi Azərbaycan diasporu dövlətimizin yürütdüyü siyasətin məqsədlərini, Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlığın zəruriliyini ifadə edən çağırışlarını dünyaya çatdırmaq kimi vacib missiyanı üzərinə götürür. Əminəm ki, ötən illərin təcrübəsi soydaşlarımızın bu missiyanı da uğurla yerinə yetirəcəyini söyləməyə əsas verir. 

Səidə ŞÜKÜROVA, 

Akademik Z.Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli məktəb-liseyin direktoru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR