Slimfit
  1. SİYASƏT

Dialoqdan imtina edənə Prezidentin cavabı: Marginal…

Dialoqdan imtina edənə Prezidentin cavabı: Marginal…
Sakura

Dialoqdan imtina edənə Prezidentin cavabı: Marginal…

İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Milli Məclisin ilk iclasındadakı geniş nitqində bildirib. Prezident qeyd edib ki, bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir:

“Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Prezident qeyd edib ki, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur:

“Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyiriksə ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”.

Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiya rəhbərləri və politoloqlarla görüşlərə başlayıb. Hətta AXCP sədri Əli Kərimli də görüşə dəvət olunub. Lakin Ə.Kərimli görüşdən imtina edib və müavini Seymur Həzinin görüşə gedə biləcəyini deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR