Slimfit
  1. DÜNYA

Di Kaprio Bolsonaruya Amazon meşələri ilə bağlı cavab verdi

Di Kaprio Bolsonaruya Amazon meşələri ilə bağlı cavab verdi
Sakura

Di Kaprio Bolsonaruya Amazon meşələri ilə bağlı cavab verdi

Hollivud aktyoru Leonardo Di Kaprio Braziliya prezidenti Jair Bolsonarunun Amazoniyada meşə yanğınları təşkil edən qeyri-hökumət təşkilatlarına sponsorluq etməyi ilə bağlı ittihamlarını rədd edib.

Xatırladaq ki, bazar ertəsi müxtəlif QHT-lərdən  dotasiya almaq məqsədilə yanğınlar törətməkdə şübhəli bilinən dörd nəfərin saxlanılmışdı. Belə ki, qeyd edilən şəxslər Ümumdünya Vəhşi Təbiət Fonduna (YF) özlərinin törətdikləri yanğınlardan fotoşəkillər satmağa cəhd edərkən ələ keçmişdilər. Dünən isə  Bolsonaru Di Kaprionu Amazoniyada meşə yanğınlarını törətməkdə şübhəli bilinən qeyri-hökumət təşkilatlarına sponsorluq etməkdə ittiham etmişdi. Lakin prezident heç bir sübut gətirməmişdi.

“Amazon üçün böhran dövründə mən Braziliyanın milli və mədəni irsini xilas etməyə çalışan insanlarına öz dəstəyimi bildirirəm... çünki söhbət bu əvəzolunmaz ekosistemlərin gələcəyindən gedir və onları qoruyan qrupları qürurla dəstəkləyirəm. Hərçənd (onlar) dəstəyə layiqdirlər, biz təşkilatın hədəfinə çevrilənləri maliyyələşdirməmişik”, - deyə Di Kaprio “Instagram” səhifəsində yazıb.

Xatırladaq ki, avqust ayında aktyor və eko-aktivist Leonardo Di Kaprio və bir sıra filantroplar “planetin ağ ciyərləri”nin xilas edilməsi üzrə təcili məsələlərin həlli üçün 5 milyon dollar həcmində Amazon meşələrinə təcili yardım fondu yaradıblar.

Qeyd edək ki, “planetin ağ ciyərləri” hesab olunan Amazon meşələrində güclü yanğınlar avqust ayında başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR