Dərc edildi: Baxış sayı: 369
DGK sədrinin müavini: "Çalışırıq ki, əməkdaşlarımız eyni yerdə 1 ildən çox işləməsin"
"Dövlət Gömrük Komitəsində (DGK) aparılan islahatların I mərhələsi artıq yekunlaşrıb. Hazırda digər mərhələlər üzrə işlər aparılır".
"Report xəbər verir ki, bunu DGK sədrinin müavini İqbal Babayev deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 50 gömrük-keçid postu fəaliyyət göstərir: "Bunlardan 31-i sərhəd, 19-u isə ölkənin müəyyən ərazilərində yaradılmış gömrük postlarıdır. Həmçinin son vaxtlar 5 gömrük idarəsi yaradılıb".
DGK sədrinin müavini həmçinin deyib ki, hazırda gömrük orqanlarında 3 500-ə yaxın insan çalışır: "Onların hamısı rotasiya qaydasında fəaliyyət göstərir. Çalışırıq ki, əməkdaşlarımız eyni yerdə 1 ildən çox işləməsin".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət