Slimfit
  1. AZƏRBAYCAN

DGK sədri: Hökumət müzakirələrdə nəyi məsləhət görürsə, biz onu tənzimləyirik

DGK sədri: Hökumət müzakirələrdə nəyi məsləhət görürsə, biz onu tənzimləyirik
Sakura

DGK sədri: Hökumət müzakirələrdə nəyi məsləhət görürsə, biz onu tənzimləyirik

Ölkəyə gətirilən hibrid nəqliyyat vasitələrinin mühərrikinin həcminin neçə kubsantimetr olduğunu bilən varmı? Cəmi 1500-2000 kubmetr həcmi var. Onlara görə gömrük rüsumu 600-700-1500 manatdır.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərin suallarını cavablandırarkən deyib. S.Mehdiyevin sözlərinə görə, hibrid avtomobillərinə tətbiq edilən rüsum nisbətən azdır:

“Baxın, biz nəyi danışırıq. Bir “Lexus”a tətbiq olunan 170 min hara, 1500-2000 manat hara. Yəni bu nə rüsumdur ki, son dövrlər “Dövlət Gömrük Komitəsi qoymur” deyirlər. Yenə deyirəm ki, DGK icraedici orqandır. Hökumət müzakirələrdə nəyi məsləhət görürsə, biz onu tənzimləyirik. Amma vergitutma bazası baxımından hibrid maşınları minimum həddədir. Olmayan bir şeyin azad olunmasından söhbət edirik".

DGK rəsmisi bildirib ki, rüsumların ləğvi Komitənin təklifi ilə reallaşan məsələ deyil:

“Biz bir neçə istiqamətdə təklif veririk, müzakirə olunur və geri dönür ki, bu gün bunun zamanı deyil və ya elə bir arqument qarşımıza qoyurlar ki, biz səhv olduğumuzu, digər dövlət qurumlarının dediyinin düz olduğunu görürük”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR