Slimfit
  1. GÜNDƏM

DGK koronavirusu ilə bağlı hərəkətə keçdi

DGK koronavirusu ilə bağlı hərəkətə keçdi
Sakura

DGK koronavirusu ilə bağlı hərəkətə keçdi

İnsanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Vuhan şəhərində yayılan və artıq dünyanın başqa regionlarında da qeydə alınan koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə  gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən intensiv nəzarət tədbirləri həyata keçirilir.

Gununsesi.orgun sorğusuna cavab olaraq DGK-dən bildirilib ki, bu məqsədlə beynəlxalq hava limanları ilə yanaşı, bütün gömrük-sərhəd buraxılış məntəqələrində  öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltahabı və s.  əlamətlərin müşahidə olunduğu fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması aparılır. Gömrük ərazisinə daxil olana qədər bir neçə mərhələdə aparılan yoxlama zamanı şəxslərin bədən hərarətinin ölçülməsi, həm də səyyar avadanlıqlar vasitəsilə də həyata keçirilir.

 

Onu da qeyd edək ki, indiyə qədər aparılan yoxlamalar nəticəsində  koronavirusa yoluxma halları təsdiqigni tapmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR