Slimfit
  1. MARAQLI

Deyl Karnegidən İnsanlara Təsir etmək və Düzgün Ünsiyyət qurmaq üçün 5 qızıl qayda

Deyl Karnegidən İnsanlara Təsir etmək və Düzgün Ünsiyyət qurmaq üçün 5 qızıl qayda
Sakura

Deyl Karnegidən İnsanlara Təsir etmək və Düzgün Ünsiyyət qurmaq üçün 5 qızıl qayda

Deyl Karneginin əfsanəyə çevrilmiş “Dostları necə qazanmalı, İnsanlara necə təsir etməli” adlı kitabı 1937-ci ildə çap olunmasına baxmayaraq, günümüzdə hələ aktuallığını qoruyur. Karnegiyə görə, insanlara təsir etmək və insanların sevgi və hörmətini qazanmaq üçün bu 5 qızıl qaydanı tətbiq etməlisiniz.

1) İnsanlara dərindən maraq göstərin və özləri haqqında danışmalarına şərait yaradın.

Karnegiyə görə, insanların çoxu ünsiyyətdə olarkən, qarşısındakı insanı dinləmək yerinə özünün danışmaq növbəsinin gəlməsini gözləyərlər. Buna görə öz maraqlarınızın yerinə qarşınızdakı insanın maraqları üzərinə danışmağa başlasanız, ünsiyyətdə olduğunuz insanın üzərində effektiv bir təsir yaratma ehtimalınız yüksələcəkdir.


2) İnsanların müsbət özəlliklərini vurğulayın və onların önəmli insan olduqlarını hiss etdirin.

Həyatda insanı motivasiya etməyin və özünü yaxşı hiss etməsinə imkan verməyin ən böyük qaynağının insanın özünü önəmli hiss etməsidir. Deyl Karnegi ünsiyyət vaxtı bunun həyati əhəmiyyətə malik olduğunu bildirir.

Məsələn, münasibətdə olduğunuz bir nəfər pianino çalır. Siz də pianino çalmağı öyrənməyi və onun sizə öyrətməsini istəyirsiniz. İlk vaxtlarda qarşınızdakı insan bildiklərini öyrətmədə həvəsli olsa da, vaxt ötdükcə öyrətmə həvəsini itəcəkdir. Karnegi bunun qarşısını almaq üçün qarşınızdakı insanı xüsusi hiss etdirməyi, yəni sadəcə onun pianino çalmaq stilini çox bəyəndiyinizi və yalnız onun öyrətməsini istəməyinizi məsləhət edir. Özünü önəmli hiss edəcəyi üçün öyrədərkən də uzun perspektivdə həzz alacaqdır.


3) Başqalarının sizin üçün nəsə etmələrini istəyərkən, öz faydanız yerinə qarşıdakı insanın qazanacağı faydalardan bəhs edin.

Karnegi bu vəziyyəti çox gözəl izah edir:

“Əgər balıq tutmaq istəyirsinizsə, qarmağa soxulcan taxarsınız. Siz şirniyyat sevirsiniz deyə, qarmağın ucuna şirniyyat qoyub balıq tuta bilmərsiniz”.


4) Səhviniz varsa, ən qısa zamanda onu qəbul edin və qarşınızdakı insana bunu bildirin.

Səhv edəndən sonra, səhvi etməyinizə səbəb olan faktorları sıralamağa başlayarsınız, lakin qarşınızdakı insanlara bu faktorlar bəhanə kimi gələcəkdir. Buna görə səhvinizi qəbul edib “Səhvimin fərqindəyəm və bunu düzəltməyə çalışacağam” tərzində cümlələr deməyiniz, qarşınızdakı insanın sizə daha anlayışlı münasibət göstərməyinə imkan verər.


5) Sərt tənqid etməyin.

Karneginin bu məsələdəki fikri qətidir: Heç kimi sərt bir şəkildə tənqid etməyin və heç bir vaxt “bu düşüncən səhvdir”, “bu hərəkətin səhvdir” kimi sözlər deməyin. Çünki, bunu etdiyiniz təqdirdə insanlar özlərini qorumağa çalışacaqlar və öz doğruluqlarını sübut etməyə çalışıb sizdən uzaqlaşacaqlar.

Bunun əvəzinə qarşınızdakı insanı başa düşməyə çalışın və səbəblərini bərabər düşünməyə təşviq edin.

 

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR