Slimfit
  1. MARAQLI

Deyingən arvadından qaçıb meşədə yaşadı

Deyingən arvadından qaçıb meşədə yaşadı
Sakura

Deyingən arvadından qaçıb meşədə yaşadı

Qadın deyingən olanda kişi nə edir? Əsəbi halda evi tərk edir, geri qayıtdıqda isə buna görə də danlanır.

"Qafqazinfo" xəbər verir ki, britaniyalı Malkolm Eppleyt daha irəliyə gedərək meşəyə üz tutub.

62 yaşlı kişi bütün bədbəxt evli adamların gizli arzusunu həyata keçirib: Birmingemdəki evdən gizli şəkildə çıxaraq London yaxınlığındakı sıx meşəyə yollanıb. Səyahət üçün 3 həftə vaxt sərf edən Malkolm yolun yarısını piyada gedib. Onun Oksford ərazisində velosipedi oğurlanıb.

Malkolmun sözlərinə görə, evlənənə qədər xoşbəxt insan olub: "Mən 25 xoşbəxt il ərzində Farnborda bağban olaraq çalışmışam. İşim xoşuma gəlirdi, elə indi də bağda çalışmağı sevirəm. Lakin evləndikdən sonra həyatım daha pis oldu".

Malkomun arvadı ərinin vaxtının çoxunu sevimli işinə ayırmasına görə əsəbiləşib: "Nə qədər çox işləyirdim, arvadım da bir o qədər əsəbiləşirdi. Evdə çox zaman olmamağım onun xoşuna gəlmirdi. Uzun müddət evliliyimi qorumağa çalışdım, amma sonda heç kimə bir kəlimə də demədən getmək qərarına gəldim. Mən sadəcə toparlandım və getdim. 10 il məndən xəbər ala bilmədilər".

İndi isə Malkolm evsizlər üçün sığınacaqda yaşayır. Uzun müddət sığınacağa getmək istəməyib. Belə ki, meşədə hər şey onun ürəyincə olub. Lakin sonradan Malkolm ətəyindəki daşı tökərək sığınacağa yollanıb. Hazırda Malkolkm evsizlər üçün pul toplayır. 

 


 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR