Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Dərsliklərdəki mübahisəli məqamlar barədə tövsiyələr hazırlanacaq

Dərsliklərdəki mübahisəli məqamlar barədə tövsiyələr hazırlanacaq
Sakura

Dərsliklərdəki mübahisəli məqamlar barədə tövsiyələr hazırlanacaq

Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə elmi-metodik seminarlar keçirilib.

DİM-dən FaktXeber.com-un verdiyi məlumata görə, seminarlarda 11-ci sinif “Fizika”, “Rus dili” və “Biologiya” dərsliklərinin məzmunu haqqında təqdimatlar olub. Həmçinin 9 və 11-ci sinif “Azərbaycan tarixi” dərsliklərinin məzmunu müqayisəli şəkildə təhlil edilib.

Bakı Dövlət Universitetinin dosenti Nərminə Seyfullayeva isə ümumtəhsil məktbləri üzrə coğrafiya kursunun məzmununda unifikasiya edilmiş (vahid sistemə salınmış) məlumatlardan danışıb.

Riyaziyyat fənni üzrə elmi-metodik seminarda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimləri Vüqar Sərdarov və Nizami Kərimli 10 və 11-ci sinif “Riyaziyyat” dərsliklərinin məzmunundan bəhs ediblər.

Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Beləliklə, respublikanın ümumtəhsil müəssisələrində istifadə olunan 5-11-ci sinif dərsliklərinin monitorinqi başa çatıb. Dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanacaq. Tövsiyələr imtahanların məzmunu ilə bağlı materialların hazırlanmasında nəzərə alınacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR