Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Dərslərin sentyabrın 15-də başlayacağı ilə bağlı açıqlama

Dərslərin sentyabrın 15-də başlayacağı ilə bağlı açıqlama
Sakura

Dərslərin sentyabrın 15-də başlayacağı ilə bağlı açıqlama

Qeyd edək ki, Azərbaycanda hazırda sərt karantin rejimi avqustun 5-nə kimi, bütün Azərbaycan üzrə isə ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Əgər karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi?

Bununla bağlı danışan deputat Ceyhun Məmmədov bildirib ki, əgər hansısa çox ciddi bir səbəb olmasa, qarşıdan gələn tədris ilində dərslərin ənənəvi qaydada keçirilməsi planlaşdırılır:

“Əgər pandemiya ilə bağlı vəziyyət stabilləşməsə, dərslərin onlayn qaydada keçirilməsinə baxıla bilər. Bu, daha çox pandemiya ilə bağlı vəziyyətin stabilləşməsindən asılıdır. Hazırda temp aşağı düşməkdə davam edir. Prinsip etibarı ilə getdikcə nəticələrimiz daha müsbət olmalıdır. Qeyd etməliyik ki, ötən tədris ilində dərslərin onlayn qaydada davam etməsi məktəblərimiz üçün müəyyən çətinliklər yaratsa da burada başqa alternativ yoxdur. Özümüzü və yaxınlarımızı qorumaq, milli təhlükəsizliyimizi təmin etmək üçün zəruri addımlar mütləq atılmalıdır. Vətəndaşların sağlamlığı hər şeydən üstündür”.

Deputat qeyd edib ki, bu gün bu məsələ müxtəlif dünya ölkələrində də geniş müzakirə olunur, müxtəlif həll yolları nəzərdən keçirilir: “Azərbaycan bu sahədə ayrı-ayrı ölkələrin təcrübəsini öyrənir, öz yanaşmasını formalaşdırır. Artıq müəyyən irəliləyişlər var. Bildiyiniz kimi, bu məsələ cənab Prezidentin də bilavasitə nəzarətindədir. Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə də cənab Prezident bu məsələyə xüsusilə toxundu. Distant təhsilin əhəmiyyətindən bəhs edərək aidiyyəti strukturlara müvafiq tapşırıqlar verdi. Hesab edirəm ki, bu işin də öhdəsindən dövlətimiz qısa müddətdə uğurla gələcək. Onu da xüsusi qeyd edək ki, burada vətəndaşlarımızın da üzərinə ciddi vəzifələr düşür. Dövlət üzərinə düşəni edir və edəcək. Vətəndaşların böyük əksəriyyəti də qaydalara əməl edir. Ancaq yenə də az sayda olsa da bəzi vətəndaşlarımızın karantin rejimi qaydalarına əməl etmədiyinin şahidi oluruq. Pandemiya təhlükəsinin sovuşması bilavasitə bizim nə qədər məsuliyyətli olmağımızdan asılıdır. Əgər özümüzü və yaxınlarımızı qorusaq, bəla başımızn üstündən tezliklə gedəcək. Əgər qorumasaq, hələ bir müddət bu qaydada çətinliklərimiz və həyatımız davam edəcək”.

Mənbə: Konkret.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR