Dərc edildi: Baxış sayı: 343
Yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzVision.az-a bildirib ki, sürücülər nəqliyyat vasitələrini harda gəldi, qadağan edilən yerlərdə, səkilərdə, xüsusən də məktəb binalarının ətrafında park etməsinlər.
“Sürücülər bu kimi hallardan çəkinsinlər. Təbii ki, buna yol verənlərə qarşı inzibati tədbirlər görüləcək. Amma anlayışlı olub, yol hərəkəti qaydalarına əməl etsək, o halda hər hansı bir inzibati tədbirə ehtiyac qalmayacaq”.
Qeyd edək i, 15 sentyabrda Azərbayanda növbəti tədris ili başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət