Slimfit
  1. CƏMİYYƏT

Dərslər yeni qaydalarla keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Dərslər yeni qaydalarla keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Sakura

Dərslər yeni qaydalarla keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu çıxış edərək sentyabr ayında orta məktəblərin hibrid qaydada açılması ilə bağlı açıqlama verib. Bu təbii ki, yoluxma sayının müəyyən həddə qədər azaldılmasından asılıdır. Vəfa Yaqublu həmçinin bir sıra valideynlərin pandemiyadan qorxuya düşüb, uşaqlarını məktəbə göndərməyəcəyi ilə bağlı da açıqlama verərək bildirib ki, belə valideynlərlə xüsusi razılaşma protokolu olacaq.

Ens.az xəbər verir ki, Mövzu bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sonxeber.az-a danışıb:

 

"Bununla bağlı artıq bir həftədir ki, müzakirələr edirik. Əlbəttə şərait imkan verərsə, hibrid formada, yəni həm onlayn, həm ənənəvi formada dərslərin keçirilməsi ilə bağlı qaydalar tətbiq olunacaq. Hələki bu təklif vəziyyətindədir və qərar verilməyib. Bunu indidən demək çətin olar. Hər halda hər şey şəraitdən asılı olacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR