Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dərmandan daha yaxşı: efir yağları sağlamlığa necə kömək edir

Dərmandan daha yaxşı: efir yağları sağlamlığa necə kömək edir
Sakura

Dərmandan daha yaxşı: efir yağları sağlamlığa necə kömək edir

Ens.az saytı bildirir ki, efir yağlarının yeganə məqsədi xoş ətir deyil. Onların tərkibində çox sayda qida elementləri, sağlamlığın müxtəlif aspektlərini gücləndirməyə kömək edən vitaminlər var. Bəs hansı efir yağlarını sağlamlıq məqsədləri üçün istifadə etmək faydalıdır.

Limonlu

Kosmetikada bu vasitə nadir deyil. Limonun ətri tanışdır, parlaq və təmizdir. Sitrus meyvəsi əbəs yerə təravət ilə assosiasiya olunmur - onu məişət vasitələrinə, habelə antibakterial effekt üçün kosmetikaya əlavə edirlər. Durulaşdırılmış limon yağı dəriyə qulluq üçün əladır, qırışları azaldır, qan dövranını yaxşılaşdırır, dəri örtüklərini canlandırır. Bundan əlavə, adı çəkilən preparat iltihab əleyhinə xüsusiyyətlərə malikdir, stress hormonunu azaltmaqla və əhval-ruhiyyəyə təsir etməklə antidepressant effekti göstərir.

Darçın

Bu yağın şirin ədviyyəli ətri aromaterapiya vaxtı əla nəticə əldə etməyə imkan verir: öskürəyi azaldır, soyuqdəymələri müalicə edir, əzələ ağrısını rahatlaşdırır, antiseptik, antibakterial, antivirus və ağrıkəsici xüsusiyyətlərə malikdir. Fərqli məqsədlər üçün istifadə edilərsə sağlamlıq daha möhkəm olar.

Limonotu

Limonotu həzm yolunun xəstəliklərini, titrətməni müalicə etməyə kömək edir, xərçəng hüceyrələrinin, şişlərin inkişafını ləngidir. Efir yağının sətəlcəmə , bakteriyalara, göbələyə qarşı əla inkişaf etmiş fəaliyyəti var. Yorğunluq, naxoşluq olduqda vannaya limonotu əlavə etmək faydalıdır.

Adaçayı (sürvə)

Adaçayı orta əsrlərdən bəri şəfa məqsədi üçün istifadə edilir. Bitki bir çox faydalı xüsusiyyətlərə malikdir: antibakterial, yaraları bitişdirməkdə, antiseptik təsir göstərir, qan dövranını yaxşılaşdırır, hormonların işini tənzimləyir. Sözügedən vasitə görmə qabiliyyəti, soyuqdəymə, öskürək və depresiya vəziyyətlərində istifadə olunur.

Lavanda

Lavandanın müxtəlif növləri sağlamlığa fərqli təsir göstərir. Amma bütövlükdə, bu vasitə iltihab, mikroblar, bakteriyalar, ağrı, narahatlıq ilə mübarizə aparmağa kömək edir və immunitet sistemini stimullaşdırır. Qeyd etmək lazımdır ki, bu efir yağı olduqca həssasdır, buna görə əvvəlcə dərinin kiçik bir hissəsində sınamaq məsləhətdir.

Çay ağacı

Çay ağacının yarpaqları soyuqdəymədən, öskürəkdən, boğaz ağrılarından, dəri xəstəliklərindən azad olmaq və yaraları yaxşılaşdırmaq üçün əla kömək edir. Antibakterial təsirə görə, efir yağı ağız boşluğunda zərərli mühiti öldürə bilir. Tez-tez dəri vəziyyətini yaxşılaşdırmaq üçün istifadə olunur, onu səpgilərdən, qızartılardan və qıcıqlanmalardan xilas edir.

 

Mənbə: med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR