Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dərini qoruyan və möhkəmləndirən vasitə...

Dərini qoruyan və möhkəmləndirən vasitə...
Sakura

Dərini qoruyan və möhkəmləndirən vasitə...

İribuynuzlu mal-qara üçün yem olaraq istifadə olunan yonca qədim Midiya ordusunun işğal etdiyi ərazilərdən dünyaya yayılıb. Genetiklər onun 50-yə qədər növünü əldə ediblər. Göy bənövşəyi çiçəkləri dekorativ məqsədlərlə də istifadə olunur. Yazdan payıza qədər çiçəkləyən yonca nektarla olduqca zəngindir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,yoncanın iltihabəleyhinə, spazmolitik, diuretik, antimikrob və antioksidant təsirləri var.

Tərkibində bol miqdarda B6 vitamini olduğuna görə orqanizmə zülalların sorulmasını sürətləndirir və ona görə də idmançılar ondan daha çox istifadə edirlər.

Zəngin zülal, vitamin və mineral tərkibi sayəsində yonca dərini qidalandırır, möhkəmləndirir, yaşlanmanın qarşısını alır, günəşin zərərli şüalarına qarşı dəri müqavimətini artırır. Ondan kosmetologiyada da geniş istifadə olunur.

Yoncanın heç bir toksik təsiri aşkar edilməyib. Lakin vərəm və autoimmun xəstəlikləri kəskinləşdirdiyindən həmin xəstəliklər və hamiləlik zamanı ondan istifadə etmək məsləhət görülmür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR