Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dərini gözəlləşdirən 6 qida

Dərini gözəlləşdirən 6 qida
Sakura

Dərini gözəlləşdirən 6 qida

Axşam.az xarici mediaya istinadən insanın dərisini həm daxildən, həm də xaricdən gözəl və sağlam saxlayan qidaların siyahısını təqdim edir:

 

Yulaf - Son zamanlarda tez-tez eşitdiyimiz yulaf əzməsi və ya yulaf kəpəyi qan şəkərini yavaş-yavaş yüksəldərək ani aclığın qarşısını alır, lifli quruluşu sayəsində gec acmanızı təmin edir. Tərkibində bol miqdarda lif və sağlam karbohidrat (şəkər) daşıdığından naharda yeyilməsi yağ yandırılmasını asanlaşdırır və tez acmağa mane olur. Digər bir faydası da bağırsaq problemi olanlar üçündür. Yulaf əzməsi bağırsaqların nizamlı çalışması üçün olduqca faydalıdır. Yulafın içinə süd, darçın və bir az vanil qataraq bişirib, üstünə meyvələr əlavə edib yeyə bilərsiniz.

 

Yaşıl çay - yaşıl çayı cavanlıq və gözəllik cövhəri, gümrahlıq və uzun ömür mənbəyi sayırlar. Tərkibində 300-dək vitamin olan yaşıl çay qocalma prosesinin qarşısını alan çoxsaylı antioksidantlar və vitamin C hesabına insanın sağlamlığına və zahiri görkəminə yaxşı təsir göstərir. Bu sehrli çay kompyuterin və televizorun zərərli şüalarını neytrallaşdırmağa, qanda şəkərin səviyyəsini normada saxlamağa kömək edir, onkoloji xəstəliklərin inkişafı riskini azaldır.

Nar - immunitet sistemini gücləndirir, ürəyin fəaliyyətini nizamlayır, bədənə enerji verir, yorğunluğu aradan qaldırır, orqanizmi toksinlərdən təmizləyir, ishalın qarşısını alır, infeksiyaya qarşı müqaviməti artırır, böyrək zəifliyi zamanı faydalıdır.

Limon - tərkibində yüksək miqdarda asit turşusu və C vitamini olduğu üçün əllərə nəmləndirici təsir edir və canlı görünməsini təmin edir, toxuma istehsalını hərəkətə gətirir. Limondan dərinizi ağartmaq üçün də istifadə edə bilərsiniz. Xüsusilə limonu kəsib əlinizə sürtə və ya yeməkdə istifadə etdiyiniz limonları da təmiz əllərinizə sürtə bilərsiniz. Limon əllərinizdə bir neçə saniyə yanma hissi yarada bilər, amma nəmlənərək mükəmməl bir nəticə əldə edəcəksiniz.

Zeytun yağı - antioksidant və doymamış yağlar baxımından zəngindir. Xərçəng və yaşlanma ilə əlaqədar orqanizmdə müşahidə edilən xəstəliklərə qarşı bədəni qorumağa yardımçı olur. Onun tərkibində A, D, E, K vitaminləri vardır. Bu vitaminlər antioksidant təsirə malik olub, kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə yardım edir, hüceyrələrin inkişafını stimullaşdırır. Onun tərkibindəki maddələr xolesterinin bağırsaqda mənimsənilməsinə maneçilik yaradır. Zeytun yağının dərini cavanlaşdırması isə çoxdan təsdiqlənmiş faktdır

Qatıq - mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir. Bundan başqa, qatıq vərəm və Sibir yarası istisna olmaqla tif, paratif, difteriya, dizenteriya, xolera, tuberkulyoz kimi 22 xəstəliyin mikrobunu məhv edə bilir. Qatığın qida dəyəri südə görə daha yüksəkdir. Mühüm protein, yağ, vitamin və mineral mənbəyidir. Fermentləşdirmə zamanı laktozanın bir hissəsi hidrolizə olduğu üçün həzmi asandır. Qatıq yuxunu yaxşılaşdırır, xolesterolu aşağı salır. Qatığı səhərdən axşama qədər günün bütün saatlarında yemək olar. Qatıq həmişə suyu ilə birlikdə yeyilməlidir. Çünki, vitaminlər daha çox qatığın suyundadır. Qatığın şəkər xəstələri üçün də faydaları çoxdur. Ancaq şəkər xəstələrinə verəcəyiniz qatıq turş olmamalı və qaymağı alınmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR