Dərimizi korlayan 7 əsas səbəbin həlli
1. Dərinin üzərini örtən ölü hüceyrələr:
Həftədə bir dəfə bu ölü təbəqədən azad olmaq kifayətdir. Ev şəraitində skrablardan və pilinq effekti olan kremlərdən istifadə edə bilərik. “ Şəkər tozu və Jojoba efirindən hazırlanmış skrablar ən həssas dəri üçün, digər dəri tipləri üçünsə tozlaşdırılmış fındıq qabığı tərkibli dənəvər skrablar ən effektiv vasitədir” – Coşua Çayxner Nyu York şəhəri, Mont Sinay xəstəxanasının Dermatologiyada kosmetik və tibbi tədqiqatlar kafedrasının direktoru. Pilinq effekti olan kosmetik vasitələrdən ən uğurlu kombinasiya isə alfa və beta hidroksi turşular ( ölü hüceyrələri soyur) + aloe və yaşıl çay isə qıcıqlanmanı minimallaşdırır. Klinik şəraitdə isə ən effektiv vasitə kristal mikrodermobraziya prosedurudur( bubarədə ətraflı növbəti postlarda).
2. Nefts sənayesi tullantılarının təsiri:
Üzünüz səhərlər yumasaz da olar gecələr mütləq yuyun. Çünki tullantı məhsulları gecə bou üzünüzdə qalsa baryer funksiyası daşıyan örtük piy qatının tamlığını pozacaq. Səhərlərə qoruyucu kremdən istifadə edin. Dərinin bərpası üçün A, E vitaminləri və antioksidant effektli vitamin C və İdebenon tərkibli üz kremindən istifadə etməyiniz tövsiyyə olunur
3. Stress:
Bəli vaxtı vaxtında dincəlmək önəmlidir. Lakin bu təbii şəkildə baş verməlidir. Siz zorla istirahət etməyə cəhd göstərsəniz qanda kortizolunuz daha da artacaq. Kortizolun fəsadlarından qorunmağıçn ən gözəl üsulu üzünüzü kremləyərkən və yə losyonla təmizləyərkən üzünüzü həfif masaj edin. Bununla üz dərinizin qan dövranı bərpa olacaq, qıdalanması yaxşılaşacaq və dəriniz qalınlaşacaq, canlı görünüm əldə edəcək. Daha yüksək nəticələr üçünsə dermatoloqunuza mikronidlinq proseduru üçün müraciət edə bilərsiniz.
4. Quruluq:
Bir çox nəmləndiricilər var üz üçün. Lakin ən effektiv metod hələki budur: hiyaluron turşusu serumunu( bütün üzə 5 damcı təqribən) üz dərinizə yaxşıca hopdurursunuz. Üzərini isə İstənilən yağ əsaslı emolientlə sürtərək nazik təbəqə şəklində örtürsünüz. Nəticədə hiyaluron turşusu su çəkmə qabiliyyətinə görə üz dərinizi nəmli saxlayır, emolient örtük isə xarici faktorların təsirindən bu suyun buxarlanmasının qarşısını alır. Ən təravətli və hamar dəri sizdə olacaq.
5. Vitamin mineral balansı:
Məhz dəri üçün faydalı vitamin və minerallar vardır ki, gündəlik qəbul etdiyiniz polivitamin qida əlavəsinin tərkibində onların mövcudluğuna diqqət yetirin. Bunlar aşağıdakılardır:
Selen, mis, dəmir, zink, vitamin A, E, C.
6. Günəşlənmə:
Gün qoruyucu kremlər- hamımız bilirik amma istifadə etmirik. Halbu ki bu kremlər bizi ən sadə ləkərlərdən ən faciəli dəri xərçənginə qədər bir çox xəstəlikılərdən qorumuş olur. Gün qoruyucunuzu fəsilə və dəri tipinizə görə seçin. Diqqət yetirəcəyiniz məqam SPF-dir( sun protection faktor= gün qpruyucu amil) . O nəqədər çox olsa o qədər də yaxşı qoruyacaq. 2 –ci məqam gün qoruyucu kreminizin növü. 3 cür olur a)kimyəvi, b) mexaniki, c)hibrid ( mexaniki + kimyəvi) gün qoruyucu. Əsasən b) və c) variantlarına üstünlük verin.
7. Hormonal disbalans:
Belə hallarda xaricə istifadə etdiyiniz vasitələr yetməyə bilər. Xəstəliyinizin düzgün diaqnostikasından sonra daxilə dərman müalicəsinə ehtiyyac ola bilər. Bunun üçün dermatoloqunuza görünməniz lazımdır.
Mənbə : Faderm.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət