Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dəridə günəş ləkələri

Dəridə günəş ləkələri
Sakura

Dəridə günəş ləkələri

Bir çox insanların dərisində müxtəlif ölçülü, qəhvəyi rəngli piqment ləkələr olur.Bu ləkələrdən daha geniş yayılmışı bəzən çillərlə səhv saldığımız günəş ləkələridir. Latınca adı Lentigo solarisdir.

Bu daha çox üz və çiyinlərdə, bəzən də əllərin bayır səthi və boyunda da əmələ gələ bilir. Ölçüsü əsasən 3 mm-dən 3 sm-ə qədər olan açıq sarımtıl rəngdən tünd qəhvəyi rəngə qədər hamar və ya kələ-kötür sərhədli ləkələrdir. Səbəbi adından göründüyü kimi uzun müddət günəş şüalarının məhz ultarabənövşəyi şüaların təsiridir. Əsasən açıq rəngli dərisi olanalarda rast gəlinir. Yaş artdıqca ləkələr də artır. Ləkələr dərinin müxtəlif dərinliklərində yerləşə bilər. Daha səthi yerləşənləri müalicəyə tez tabe olur. Müalicəsi əsasən rəng açıcı kremlər, pilinq ( kimyəvi və ya mexaniki) və lazer terapiyasıdır. Daha səthi yerləşənlərini rəng açıcı krem + pilinq, daha dərində yerləşənləri isə rəng açıcı krem + lazer terapiyası ilə müalicə etmək olar. Diqqət! Günəş ləkələri olan şəxslər SPF (sun protection factor) 50 dən yuxarı olan gün qoruyuculardan( günəş təsiri olan yerlərdə hər 2 saatdan bir sürtməklə) profilaktika və xüsusiylə də müalicə dönəmində istifadə etməlidirlər.

 

Mənbə : Faderm.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR