Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dəri sağlamlığı üçün xeyirli qidalar

Dəri sağlamlığı üçün xeyirli qidalar
Sakura

Dəri sağlamlığı üçün xeyirli qidalar

Amerikada aparılan bir tədqiqat dərini gözəlləşdirən qidaları müəyyən edib. Araşdırmalardan bəlli olub ki, dəri üçün ən xeyirli qida balıq, xüsusən də somon balığıdır.

AZƏRTAC xəbər verir ki, somon balığı Omeqa-3 yağ turşuları ilə zəngin olduğundan dərini quru görünüşdən xilas edir və günəş şüalarının zərərli təsirindən qoruyur. B12 vitamini ilə zəngin olan somon balığından ayda bir neçə dəfə istifadə etmək məsləhətdir.

Gözəllik və sağlamlıq üçün istifadə edilməli qidalardan biri də kökdür. Kök və onun şirəsi qanı tənzimləyir, orqanizmdən toksinlərin və zərərli maddələrin xaric olunmasında mühüm rol oynayır. Bir həftə ərzində heç olmasa iki-üç dəfə kökdən istifadə etməklə dəri sağlamlığının qayğısına qalmaq mümkündür.

Avokado tropik meyvəsi dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı mənbəyidir. Bu meyvə həmçinin, doymamış yağlarla da zəngindir. Tərkibində çoxlu miqdarda B1, B2, C və D vitaminləri var.

Antioksidantlarla zəngin olan paxlalı bitkilər də dərinin qırışmasını gecikdirir və onun cavan qalmasına kömək edir. Dəmir duzları, kalium-permanqanat, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrlə zəngin olan üzümün dəriyə danılmaz faydası var. Üzümün tərkibindəki antrioksidantlar infarkt riskindən qoruyur, dəri sallanmaları, o cümlədən qocalma əleyhinə təsir göstərir.

Zeytun çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində əvəzolunmaz Omeqa-6 yağlı və orqanik turşular, zülallar, qida lifləri, C, D, E, A, K, B qrupu vitaminləri, beta-karotin, fosfor, dəmir, kalium, maqnezium, mis, kalsium, sink və başqa minerallar var. Zeytun orqanizm üçün əsl şəfa mənbəyidir. Ondan əldə olunan yağ kosmetik sənayedə geniş istifadə edilir.

Dərinin canlı və gözəl olması üçün lazım olan əsas maye isə sudur. Həzm sisteminə müsbət təsir göstərən sudan gün ərzində iki litrə yaxın istifadə edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR