Dərc edildi: Baxış sayı: 743
Dərdli Nəsib - Çatıb, çatmayıb
Gözəl Kəbətüllah, gələn qurbanın,
Bu qara dəryanda batıb, batmayıb?
Hər iki cavandan murad gözlərəm,
Nəfsimi eşqinə qatıb, qatmıyıb?!
Zikrində eşqimdi - Eşqimdə Allah,
Bir Rəhmanir-rəhim, salavatullah.
Ərəfatı çıxan sahibi-sabah,
Nuri-təcəllaya yetib-yetməyib?!
Baqiyə, ölməzəm! - Aşıq ölərmi?
Gülümdən qorxanlar haqqa gələrmi?
Qalü-bəla! Xudam özü bilərmi,
Dərdli Nəsib, günün çatıb-çatmayıb?!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət