Slimfit
  1. CƏMİYYƏT

Deputat: ““Pikap”ların yığılmasında polis qanunu pozur”

Deputat: ““Pikap”ların yığılmasında polis qanunu pozur”
Sakura

Deputat: ““Pikap”ların yığılmasında polis qanunu pozur”

“Pikap”ların müharibə məqdəsləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub, orası doğru, başqa ölkələrdə də var. Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər”.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli son günlər "Pikap" tipli avtomobillərin yol polisi tərəfindən saxlanılması ilə əlaqədar deyib.

Deputat bildirib ki, həmin maşınların yığılması ünü öncə gərək Prezident səfərbərlik elan etsin:

“Səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir. Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). “Pikap”  və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də rahat olar, mülkiyyətçilər üçün də”.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi  və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir.

 Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən, silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR