Slimfit
  1. CƏMİYYƏT

Deputatların maaşlarının məbləği açıqlandı - RƏSMİ

Deputatların maaşlarının məbləği açıqlandı - RƏSMİ
Sakura

Deputatların maaşlarının məbləği açıqlandı - RƏSMİ

Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, parlamentin komitə sədrləri və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Ens.az xəbər verir ki,bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, parlament sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis sədrinin müavini - 85 faizi (2103,75 manat) məbləğində maaş alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi (1980 manat), komissiya sədrinin müavini - 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5 manat) aylıq vəzifə maaşı alır.

“Bundan əlavə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”, - deyə məlumatda bildirilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR