Slimfit
  1. AZƏRBAYCAN

Deputatların işi artır

Deputatların işi artır
Sakura

Deputatların işi artır

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il payız sessiyasında qanun layihələrinin müzakirəsi və qəbul prosedurunda bir sıra yeniliklərin edilməsi gözlənilir.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, artıq payız sessiyasından etibarən təkcə yeni qanun layihələri deyil, həm də qanunlara, məcəllələrə dəyişiklikləri, əlavələri nəzərdə tutan qanunvericilik sənədləri də üç oxunuşdan keçiriləcək və üçüncü oxunuşda bütövlükdə qəbul olunaraq, hüquqi qüvvəyə minməsi üçün ölkə prezidentinə göndəriləcək.

Qeyd edək ki, indiyə kimi, ancaq yeni qanun layihələri üç oxunuşdan keçirilərək, qəbul olunurdu, qanunlara, məcəllələrə dəyişikliklər isə cəmi bir oxunuşdan keçirilərək, qəbul edilirdi.

Yalnız Konstitusiya qanunlarında dəyişikliklər iki dəfə səsverməyə çıxarılırdı. Bununla yanaşı, millət vəkillərinin çıxışları, replikaları ilə bağlı vaxt məsələsində də yeniliklərin tətbiqi gözlənilir.

Onu da qeyd edək ki, yeni prosedurlar 2016-cı ilin sentyabr ayının 26-da ölkə Konstitusiyasına referendum yolu ilə edilmiş bir sıra dəyişikliklərlə bağlıdır.

Bir sözlə, millət vəkillərinin işi bir qədər də artmış olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR