Deputatlar xaricə şəxsi səfər edəndə Milli Məclisdən icazə alırlar? - Açıqlama
Milli Məclisin deputatları xarici ölkələrə həm işgüzar, həm də şəxsi səfərlər edirlər. Maraqlıdır ki, əsasən şəxsi məsələlərlə bağlı edilən səfərlər Milli Məclisin Daxili Nizamnaməsində necə əks olunur?!
Milli Məclisin İntizam Komissiyası deputatların şəxsi səfərlərinə nəzarət edirmi?
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev Modern.az-a açıqlamasında komissiya tərəfindən hər hansı nəzarətin olmadığını bildirib.
“İntizam Komissiyası heç kimin şəxsi işinə qarışmır. İstənilən deputat şəxsi məsələlərlə bağlı istədiyi xarici ölkəyə gedə bilər. Bizim bu cür məsələlərə qarışmağa haqqımız yoxdur”.
Ağacan Abiyevin sözlərinə görə, deputat olaraq belə bir nəzarəti hiss etməyib.
“İndiyə kimi Komissiyanın sədri olaraq nə ərizə yazmışam, nə də yoxlamışam. Bu işlərə baxmıram”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət